İsveçrədə SOCAR-ın 200-cü yanacaq doldurma məntəqəsi işə başladı — FOTOLAR

SƏNAYE VƏ ENERGETİKA 07 dek 2020, 10:27
İsveçrədə SOCAR-ın 200-cü yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb.

Bu barədə “SOCAR Enerji İsveçrə” məlumat yayıb.

Ötən həftə ərzində İsveç ərazisində üç yeni yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. Bildirilib ki, bununla da şirkət sıx yanacaq doldurma məntəqələri şəbəkəsinə gedən yolda böyük bir mərhələyə qədəm qoyub.

Bu ölkədə “SOCAR Stalvedro”, “SOCAR Meiringen” və “SOCAR Innertkirchen” adlı fərqli bölgələrdə yanacaq doldurma məntəqələrinin fəaliyyətinə start verilib.

Qeyd edək ki, SOCAR İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Enerjy İsveçrə” şirkətləri vasitəsilə həyata keçirir. 2019-cu ildə ölkədə dörd yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. İl ərzində cəmi yanacaq doldurma məntəqələrinin ümumi sayı 191-ə çatdırılıb.

 





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top