Deputat: "Şəhid ailələrinə və yaralılara qayğı Prezidentin diqqət mərkəzindədir"

DAXİLİ SİYASƏT 06 dek 2020, 19:29
44 günlük Vətən müharibəsində nail olduğumuz parlaq qələbə vətən,torpaq uğrunda öz canından keçməyə hazır igid oğullarımızın qəhrəmanlığı sayəsində nail olmuşuq. Cəbhəyə qatılmış hər bir igidimizin bir məqsədi olub - torpaqlarımızı işğalçılardan təmizəmək.

Demokrat.az-ın məlumatına görə, bunu deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, torpağı işğalçılardan azad etmək uğrunda İgid oğullarımızın keçdiyi döyüş yolu tariximizə qızıl hərflərlə həkk olunmuşdur. Çox təəsüf ki, Vətən müharibəsində 2783 şəhid verdik. Şəhidlər ölmürlər. Onlar qanları ilə adlarını əbədləşdirmişdir. Torpaq uğrunda öz canından keçmiş hər bir şəhidimizin xatirəsi xalqımız üçün çox əzizdir:

"Dövlət başçımızın imzaladığı sərəncamı ilə hər il 27 sentyabrda şəhidlərin xatirəsini yad edilməsi üçün anım günü qeyd olunacaqdır. Bu tarix Azərbaycan yaşadıqca əbədi olaraq xatırlanacaq. Dekabrın 4-də Prezident İlham Əliyev və I Vitse prezident Mehriban xanım Əliyeva şəhidlər xiyabanını ziyarət etmiş, vətən uğrunda öz canından keçmiş igid oğullrımızın xatirəsinə ucalqdılmış memorial abidəsinin önündə tər qızıl güllər qoyub baş əyərək öz ehtiramını və məhəbbətini bildirmişdir. Saat 12-də isə bütün ölkədə xalqımız 1 dəqiqəlik sükutla ölkə ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın ruhu qarşısında baş əyərk şəhidlərimizə dərin minnətdarlıq, hörmət, sevgi və ehtiramını bildirmiş, məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərin ruhuna ayinlər oxunmuş, dualar edilməklə anım mərasimləri keçirilmişdir".

Deputat qeyd edib ki, şəhid ailələrinə və yaralılara qayğı hər zaman Prezidentin diqqət mərkəzindədir: "Onların sosial problemlərini dövlət həll edəcəkdir. Hər bir şəhid xalqımızın qəhrəmanıdır. Şəhidlər ölmürlər. Onların ruhu həmişə bizimlə yaşayacaqdır və bu gün əldə olunan parlaq qələbəmizə sevinirlər. Bütün şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top