Bakıda başqalarının həyatına təhlükə yaradan koronavirus xəstəsinə cinayət işi açıldı — VİDEO


HADİSƏ 04 dek 2020, 12:52

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Binə qəsəbəsində yaşayan Bahadur Əsgərovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq, polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Bahadur Əsgərov yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bahadur Əsgərov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

 







Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top