Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

SOSİAL 04 dek 2020, 12:23
Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.

“Report”un məlumatına görə, E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.

E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.

Allah rəhmət eləsin!

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top