İrəvanda etirazçılar Rusiya səfirliyinə yürüş etdi

DÜNYA 29 noy 2020, 17:39
Ermənistanın paytaxtı İrəvanda ölkə ziyalılarının iştirakilə etiraz aksiyası keçirilir.

Demokrat.az xəbər verir ki, etirazçılar Azadlıq meydanından Rusiya səfirliyinə doğru yürüş ediblər. Onlar Rusiya hökumətindən əsir və itkin düşmüş hərbçilərin geri qaytarılması üçün kömək istəyiblər.

Qeyd edək ki, bir neçə gündür İrəvanda itkin düşən və əsir götürülən hərbçilərin ailələri hökumət əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaya müxalifət nümayəndələri ilə yanaşı ölkənin tanınmış şəxsləri və ziyalılar da qoşulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top