Bakıxanovda baş verən yanğın söndürüldü — YENİLƏNİB+VİDEO

HADİSƏ 29 noy 2020, 17:27
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Demokrat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.

***

Nizami rayonunda yeni tikilən obyekt yanır.


Bununla bağlı görüntülər Oxu.az-ın redaksiyasına göndərilib.

Bildirilib ki, hadisə Bakı metrosunun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.

Yanğınla bağlı ətraflı məlumat veriləcək. 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top