Tanınmış vəkildən TƏKLİF: “Qərbi Azərbaycandan didərgin düşənlər də Qarabağda məskunlaşdırılsın”

GÜNDƏM 28 noy 2020, 17:54
“Qərbi Azərbaycandan didərgin düşmüş 250 min nəfər həmyerlilərimiz könüllü şəkildə mütləq Qarabağda məskunlaşmalıdır”.

Demokrat.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Ceyhun Yusifov özünün “facebook” səhifəsində yazıb.

O bildirib ki,  tarixdən yenə də dərs götürməsək “murdarlar”ı 10 il sonra yeni iddiaları ilə rastlaşacağıq:

“Lakin 1988-1990 ci illərdə biz Qərbi Azərbaycan qaçqınlarını o zaman ki hakimiyyət Qarabağda məskunlaşdırsaydı, indi nə 1 milyon məcburi köçkünümüz olardı, nə də 20% torpaq işgal olardı. Əzizlərim yenə gec deyil.Toplu ve Etnos halda gecikmədən “Qaçqınkom” paralel olaraq məcburi köçkünlərlə bərabər Qərbi Azərbaycan kökənli qaçqınlarında məskunlaşmasını həyata keçirməlidi.Bu hal hüquqi baxımdan BMT-nin Qaçqınlar üzrə ali komisarlığının normativlərinə tam uygundur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top