Vilayət Eyvazov onu "Qorotdel"ə rəis təyin etdi — FOTO

GÜNDƏM 27 noy 2020, 17:48
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub. 

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılmışdı.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri unikal.org yazıb.

Vilayət Eyvazov onu "Qoraddel"ə rəisTƏYİN ETDİ - FOTO

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top