İranda ölümlərin 30 faizinə səbəb koronavirusdur

DÜNYA 27 noy 2020, 15:26
İranda ölümlərin 30 faizinin koronavirusdan baş verdiyi müəyyənləşib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri İrəc Hərirçi məlumat verib.

Onun sözlərinə görə, son zamanlar COVID-19 nəticəsində ölənlərin sayında azalma müşayiət olunur: “Qırımızı həyəcan xəttində olan 89 şəhərdən 69-da yoluxma sayı azalıb”.

Qeyd edək ki, İranda 46 689 nəfər koronavirusdan ölüb, 908 346 nəfər isə virusa yoluxub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top