İcra başçısı şəhid ailəsinə baş çəkdi — FOTOLAR

GÜNDƏM 26 noy 2020, 10:35
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova II Qarabağ müharibəsində şəhid olan Zaur Dövlətovun evinə gedərək ailəsinə baş çəkib. Masazır kəndində yerləşən evlərində şəhidin atası Zahir Dövlətov və anası Almaz Dövlətova ilə görüşən başçı ailənin qayğıları və problemləri ilə maraqlanıb.

Bildirilib ki, 1995-ci il martın 4-də anadan olan Z.Dövlətov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Hər bir Azərbaycanlı kimi torpaqlarımızın işğal altında olması ilə heç bir zaman barışmayan qəhrəmanımız Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edilib ki, şəhidin qəbirüstü abidəsinin Rayon İcra Hakimiyyəti tərəfindən götürülməsi istiqamətində addımlar atılıb və yaxın günlərdə abidə tam hazır olacaq. Ailənin sosial vəziyyəti nəzərə alınaraq RİH tərəfindən maddi yardım göstərilib.

Allah rəhmət eləsin!
No description available.
No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top