Fransa Senatı Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqeyini bir daha ortaya qoydu — VİDEO


XARİCİ SİYASƏT 25 noy 2020, 22:01
Fransa Senatı qərəzli mövqe nümayiş etdirir. Gözlənildiyi kimi, Senat Fransa hökumətini qondarma “Dağlıq Qarabağı” tanımağa çağıran tövsiyə xarakterli qətnaməni müzakirəyə çıxarıb. 

Azərbaycan Televiziyasının Fransadakı müxbiri Elzar Ağayev məsələ ilə bağlı canlı yayıma qoşularaq məlumat verib. O qeyd edib ki, yekunlaşmaqda olan çıxışlardan sonra səsvermə başlayacaq. 

E.Ağayev onu da bildirib ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən senatorlar müzakirələrə çağırılmayıblar. Çıxış edən senatorlar isə həddindən artıq qərəzli mövqe nümayiş etdiriblər. 

Qətnamədə Türkiyənin adının bir neçə dəfə çəkilməsi isə müxbir tərəfindən Fransanın bu ölkəyə olan qısqanc münasibətinin təzahürü kimi qiymətləndirilib. 

Həmin süjeti təqdim edirik: 



 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2021, 00:20
Top