Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

XARİCİ SİYASƏT 25 noy 2020, 20:12
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov videokonfrans formatında iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
 
Demokrat.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi tvitterdə yazıb. 

O, qeyd edib ki, tərəflər İran-Azərbaycan ikitərəfli münasibətlərdəki son inkişafları və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər.

Konstruktiv və səmimi görüş təxminən bir saat davam edib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top