Bakının mərkəzində gündüzlər işıqları niyə yandırıblar? — RƏSMİ AÇIQLAMA


SOSİAL 24 noy 2020, 14:39

Bakıda gündüz vaxtı yollarda işıqları yandırırlar.


Demokrat.az xəbər verir ki, Nəsimi rayonu ərazisində, “Qış parkı” adlanan ərazidə gündüz vaxtı olmasına baxmayaraq işıq dirəklərində lampalar yanır.


“Çox yerdə axşamlar yollarda işıqlar yanmır. Lakin bəzi yerlərdə gündüz də işıqları söndürmək yaddarından çıxır”, - deyə şikayətçilər bildiriblər.


Məsələ ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bakıda qış mövsümünə keçidlə bağlı yenilənmə və təmir işləri aparılır.


“Təmir işlərilə bağlı işıq dirəkləri də sazlanır. Buna görə də, bəzi yerlərdə işıqları yandırıb, yaranmış problemləri aşkarlayırlar. Ümumiyyətlə yollarda işıqların yandırılma və söndürülmə vaxtları avtomatik tənzimlənir”, - deyə qurumdan bildirilib.


Qeyd edək ki, qurumdan danışandan bir neçə dəqiqə sonra işıqlar söndürülüb.(baku.ws)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top