İbrahim Kalın Aİ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə etdi

SİYASƏT 21 noy 2020, 14:34

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 10-11 dekabrda nəzərdə tutulan Avropa İttifaqının Zirvə Toplantısı öncəsi Brüsselə səfər edib.


Bu barədə “TRT Haber” məlumat verib.


İbrahim Kalın səfər çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin xarici siyasət üzrə baş müşaviri Məryəm Van den Hövel, Aİ Komissiyasının prezidenti Ursula fon der Leyenin kabinet başçısı Byorn Zeybert və Aİ Xarici Əlaqələr Xidmətinin baş katibi Helqa Şmidlə ayrı-ayrılıqda görüşlər keçirib.


Görüş zamanı Türkiyə-Aİ əlaqələri, Aralıq dənizi, Liviya, Suriya və Dağlıq Qarabağ kimi regional məsələlərlə ələ alınıb, Gömrük İttifaqının yenilənməsi, immiqrasiya razılaşması, viza sadələşdirməsi və siyasi dialoq kimi sahələrdə konkret addımlar atılmasının zəruriliyi vurğulanıb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top