Fransanın Mərakeşdəki baş konsulu intihar etdi

DÜNYA 19 noy 2020, 22:51

Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua özünü öldürüb.


"Report "Le360" portalına istinadən xəbər verir ki, intihar barədə səfirliyin saytında bildirilib.


Fransa səfirliyinin bütün heyəti diplomatın ailəsinə, doğma və yaxınların dərdinə şərik olduğunu bildirərək başsağlığını ifadə edib. Portal iddia edib ki, 55 yaşlı konsul mənzildə özünə qəsd edib, o özünü asıb.


İntiharın səbəbləri məlum deyil, amma vurğulanır ki, Fransua sentyabrın 15-də vəzifəyə təyin edildikdən dərhal sonra bu postdan azad olunmasını xahiş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top