Belarusun Azərbaycana yeni səfiri təyin olundu

SİYASƏT 19 noy 2020, 15:39

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Azərbaycana yeni səfirini təyin edib.


Demokrat.az xəbər verir ki, bu barədə “Belta.by” informasiya agentliyi məlumat yayıb.


Belarusun keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov Azərbaycana səfir təyin olunub.


Qeyd edək ki, bununla yanaşı Lukaşenko bu gün Belarusun Çin, Pakistan, Ermənistan və Keniyaya yeni səfirlərini təyin edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top