Azərbaycan əsgəri Azıx mağarasında — VİDEO

GÜNDƏM 19 noy 2020, 09:48

Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.


Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.


Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.


Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.


Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top