Dilqəm Əsgərovun saxlanıldığı yer məlum oldu

SOSİAL 18 noy 2020, 00:28

Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun saxlanıldığı yer bəlli olub.

 

Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

 

O bildirib ki, ermənilər girovu əvvəlcə Qorisə, daha sonra Şıraka aparıblar:

 

"Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Qorisə aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır".

 

K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər:

 

"Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır".

 

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) erməni girvoluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağdan Ermənistana köçürüldüyünü açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top