"Azərbaycan xalqı Türkiyə Sülhməramlılarını Qarabağımızda görmək istəyir" — MÜRACİƏT

SOSİAL 15 noy 2020, 22:31

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Türkiyə Cumhur başqanı sayın Rəcəb Tayyib Ərdoğana 

MÜRACİƏTİ


Türkiyə Cumhur başqanı, sayın Rəcəb Tayyib Ərdoğan bəy!


Biz sizin də dediyiniz kimi bir ananın ekiz övladlarıyıq. Ulu öndərin dediyi kimi, biz bir millət iki dövlətik! Azərbaycan Cənubi Qafqazda hədəfə alınan və ən çox təzyiqlərə məruz qalan ölkə kimi 30 ildir ki, Qarabağ torpaqlarının azadlığı  uğrunda savaşır. Bu tarixin müəyyən dönəmində regionda təklənən ölkəmiz yağı düşmənlərin həmlələri ilə 20 faiz torpaqlarını itirdi. Azərbaycan öz torpağında hücumlara məruz qoyuldu, insanlarımız soyqırımına məruz qaldı, işğal olunduq, öldürüldük, qırıldıq. Beynəlxalq təşkilatlar isə bunu gözardına vurur.


Münaqişənin həll edilməsi məqsədi ilə yaranan ATƏT-in Minsk qrupu bu müharibəni daha da alovlandırdı. Atəşkəs dönəmində də düşmən bizə qarşı amansız, bu münaqişəni dayandırmaq üçün yaranan bədnam qrup kor, kar oldu.


Dünya bizə qarşı haqsızdır və beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünün bərpasına əngəl olmaq üçün əlindn gələni edir.


Sayın Rəcəb Tayyib Ərdoğan bəy!


Siz bizim qardaş ölkə kimi daim Azərbaycanın yanında dayanmısız. Sizin bizim arxamızda dayanmanız bizə millət, dövlət olaraq böyük güc, ruh verib. Ölkəmizə qarşı bu qədər ədalətsizliyi gördüksə, sizə daha çox ehtiyacımız olduğunu görürük.


Cənab Tayyib Ərdoğan bəy!


Bu gün Azərbaycan ordusu 27 sentyabrdan başladığı vətən müharibəsi ilə geri qaytardı. Noyabrın 10-dфn sonra sizə də məlum olan üçtərəfli bəyanat imzalandı. Əslində o bəyanatın imzalanmasında Azərbaycan xalqı sizin imzanızı axtardı. Bu gün də sizi o bəyanatdan irəli gələrək və yaxud da gəlməyərk Sizi Qarabağda sülhməramlılarımızla birlikdə görmək istəyirik. Qarabağımız yenə də təhlükədədir. Qələbəmiz Azərbaycan əraziləri tam şəkildə azad olunmayınca təhlükədədir.


Qardaş Tükiyəmiz, güvənc yerimiz olan sayın Rəcəb Tayyib Ərdoğan bəy!


44 günlük müddətində Azərbaycan Ordusunun əldə etdiyi qələbəyə sülhməramlı adı ilə Azərbaycan torpaqlarında yerləşdirilən rus ordusu QIRMIZI XƏTTİ keçir. Belə ki, sülhməramlı rəhbərliyi öz səlahiyyətlərinə aid olmayan göstərişləri verir, Azərbaycan torpaqlarında “humanitar yardım” adı altında Azərbaycan qanunlarına və ərazi bütövlüyünə xələl gətirən, millətimizi ruhdan salan addımlar atırlar. Bu, Ali Baş Komandan İlham Əliyevin və 50 siyasi partiyanın birlikdə apardığı mübarizənin heçə endirilməsi siyasətidir. Biz bu gün də, sabah da Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Bundan sonra da belə davam edəcək.


Hörmətli qardaşımız Rəcəb Tayyib Ərdoğan bəy!


Siz də bilirsiz ki, Qarabağa Rusiya sühməramlıları yerləşib. Artıq bu sülhməramlılar bir komendant kimi davranır. Bir neçə detalları qeyd etmək istərdik:


Rusiya sülhməramlı missiyası, sülhyaratma prosesinin tam əksinə olan əməliyyatlar keçirir;
Rusiyanın Qarabağa yeritdiyi sülhməramlı missiyasının rəhbəri, general-leytenant Rüstəm Muradov Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyanla görüşüb Ermənistan, Rusiya bayraqları altnda danışıqlar aparır;


Araik Harutyunyan Azərbaycan Baş Prokurorluğu tərəfindən dinc əhalini qətlə yeyirdiyi üçün CM-nin 15 maddəsi suçlanıb, haqqında cinayət işi qaldırılıb və beynəlxalq axtarışa verilib.


Rusiya Minsk Qrupunda həmsədr ölkədir və nominal olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır. Rusiyalı generalın terrorçu ilə bir masa arxasında əyləşməsini məntiqi izah etmək çətindir.


Ermənistan-Azərbaycan sərhədində Laçın dəhlizinə Rusiyanın Gümrüdəki 102-ci bazasının tankının çıxarılaraq, sonradan geri qaytarılıb. Həmin koordinatlarda təpənin üzərinə yenə də 102-ci bazanın inventarı sayılan BM-21 "Qrad" reaktiv yaylım atəşi sistemi çıxarılıb.


Cənab qardaşımız Rəcəb Tayyib Ərdoğan bəy!

 
Azərbaycan küçələrində bayrağımızla yanaşı dalğalanan al-qırmızı, ay-ulduzlu Türkiyə bayrağının həm də Qarabağda sülhməramlı missiya olaraq dalğalanmasını görmək istəyirik! 


Türkiyə sülhmərmlılarının Qarabağa gəlişini, Azərbaycanımızın müstəqilliyinə yetişməsi üçün ölkəmizə, xalqımıza verilən ən böyük dəstək kimi vacib sayırıq.


Cənab Rəcəb Tayyib Ərdoğan bəy, təcili, təxirəsalınmadan Türkiyə sülhməramlılarnın Azərbaycana - Qarabağa gəlişinin, yerləşməsinin təmin olunması üçün əlinizdən gələni əsirgəməməyinizi xahiş edirik!


Hörmətli Türkiyə Cumhur başkanımız, sayın Rəcəb Tayyib Ərdoğan bəy!


Biz Müasir Müsavat Prtiyasının çoxsaylı üzvləri olaraq Qarabağın erməni işğalçılarının sona qədər ərazilərimizdən çıxarılması prosesində dəstəyinizi əsirgəməməyi xahiş, təvəqqe edirik.


Hörmətli Rəcəb Tayyib Ərdoğan bəy, əziz qardaşımız İlham Əliyevə göstərdiyiniz mənəvi, siyasi və hərtərəfli dəstəyə görə sizə şəxsən özümün və partiyamız adından dərin təşəkkürümüzü bildiririk.


MMP adından xahiş edirəm, yubanmadan Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərməsini həyata keçirəsiniz.


Cənab, çox hörmətli Rəcəb Tayyib Ərdoğan bəy, zaman itirmədən öz qətiyyətli mövqeyinizi ortalıga qoymagınızı xahiş edirik.


Azərbaycan xalqı Türkiyə Sülhməramlılarını Qarabağımızda görmək istəyir və bundan çox şad olar! Türkiyə sülhməramlılarının Azərbaycan müstəqilliyinin qarantı olacağına güvənirik!
 
Dərin sayğılarla
MMP sədri Hafiz Hacıyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top