Hemilton yeddiqat dünya çempionu oldu

İDMAN 15 noy 2020, 19:53

İstanbul şəhərində "Formula 1" üzrə Türkiyə Qran-prisi keçirilib.

 

Demokrat.az-ın məlumatına görə, qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yer "Racing Point"dən Serxio Peresə, üçüncü pillə isə "Ferrari"dən Şarl Leklerə qismət olub.

 

Hemiltonun komanda yoldaşı və ən yaxın izləyicisi Valtteri Bottas finişə 14-cü çataraq, xal toplaya bilməyib. Nəticədə onların arasındakı xal fərqi 110-a çatıb ki, bu da britaniyalı pilotun sona 3 yarış qalmış dünya çempionu olmasına şərait yaradıb.

 

Beləliklə, Hemilton karyerası ərzində 7-ci dəfə dünya çempionu olub. Nəticədə o, Mixael Şumaxerin rekorduna şərik çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top