“30 ilə yaxın dövrdə törədilən vandalizm ayrıca hesablanacaq”

SİYASƏT 13 noy 2020, 18:59

“Ermənilərin 30 ilə yaxın dövrdə törətdiyi vandalizm ayrıca hesablanacaq. Əvvəllər də bu faktları qaldıranda fundamental əsasda çətinlik çəkirdik. İndi isə azad olduğu üçün bu obyektlərə dəyən ziyanı qiymətləndirə biləcəyik".

 

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycan ərazisinə vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

 

O bildirib: “Bir sıra vətəndaşlarımız öz yaşayış yerlərini itirib. Dövlət dərhal bu prosesə diqqət göstərib. Dövlət başçısının sərəncamından irəli gələrək ermənilərin vurduğu ziyan qiymətləndirərkən özəl sektorlar da cəlb ediləcək. Müstəqil beynəlxalq təşkilatlar da cəlb olunacaq. Bu hallar qiymətləndirildikdən sonra vətəndaşlarımızın lazım olan halda evlərinin təmir olunması həyata keçiriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top