“Koronavirusa yoluxan xəstələrin sayı qeydiyyatdan keçənlərdən daha çoxdur“ — Professor

SOSİAL 13 noy 2020, 21:59

Qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus daşıyıcılarının sayı günbəgün artır. Təkcə son sutka ərzində 1 369 yeni koronavirus faktı aşkarlanıb, 22 nəfər isə COVID-19 səbəbilə həyatını itirib.


Maraqlıdır, itkilərin sayının artması nə ilə bağlıdır?


Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan həkim-professor Adil Qeybulla qeyd edib ki, virusun qarşısını almaq üçün lazım olan tədbirlər görülür:


“Amma bunun tək yolu karantin qaydalarına əməl etməkdir. Əsas üç qayda var: əllərin mütəmadi yuyulması və dezinfeksiyası, fiziki məsafənin gözlənilməsi və maskadan düzgün istifadə olunması. Amma biz gördüyümüz nədir? 90 faiz əhali maskadan düzgün istifadə eləmir. Yoluxmanın əsasında da dayanan budur. İctimai nəqliyyat və digər faktorlar da var. Məsələn, qələbədən sonra insanların heç bir qaydanı gözləmədən sevinclərini bölüşməsi də bu artımda müəyyən rol oynayıb. Buna təəccüblənmək lazım deyil. Dünya üzrə də bu artım var”.


Həmsöhbətimiz vurğulayıb ki, hazırda ikinci mərhələnin pik dövrünü yaşayırıq:


“Müəyyən bir dövrdən sonra yəqin ki, eniş olacaq. Sərtləşmə işləri dövlətdən asılıdır, hər halda müəyyən etapda bu barədə qərarlar verilə bilər. Amma əsas ümumi immunitet məsələsidir. Dünya Səhiyyə Təşkilatı bunun formalaşdığını deyir. Yəni əhalinin içində bir kollektiv immunitet olur, bizdə də təxminən buna gedir. Bu gün çox böyük sayda xəstə var. Elan olunan rəqəmlər reallığı əks etdirmir. Çünki xəstələrin hamısı testdən, qeydiyyatdan keçmir, evdə müalicə alır. Biz onlarla belə xəstə tanıyırıq ki, onlar heç yerdə qeydiyyatdan keçməyib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top