Neymar Braziliya millisinin heyətindən çıxarıldı


İDMAN 13 noy 2020, 14:04

Fransa çempionu PSJ-nin hücumçusu Neymar Braziliya millisinə kömək edə bilməyəcək.


Demokrat.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun Türkiyə “Başakşəhər”i ilə matçında (2:0) bud əzələsindən zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.
 

Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 

Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.(qafqazinfo.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top