ÜST koronavirus və qripin fərqli xüsusiyyətlərini açıqladı

DÜNYA 12 noy 2020, 11:06

COVID-19 və qrip oxşar simptomlara malikdir, lakin düzgün diaqnozu təyin etmək üçün iki xəstəliyin fərqli təzahürlərinə diqqət yetirməyə dəyər.

 
“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.


Bildirilir ki, öskürək, burun axıntısı, boğaz ağrısı, qızdırma, yorğunluq koronavirus və qrip virusu üçün ümumi əlamətlərdir.


SARS-CoV-2 əlavə olaraq nəfəs darlığına, dad və qoxu itkisinə səbəb olur. Bundan əlavə, COVID-19-un ağır formasında iştahsızlıq, sinədə davamlı ağrı, 38 dərəcədən yüksək atəş və fikri cəmləyə bilməmək göstərilir.


Bu cür simptomlarla dərhal tibbi yardıma müraciət edilməlidir.


Xroniki xəstəlikləri olan insanlar, yaşlı vətəndaşlar, beş yaşa qədər uşaqlar və hamilə qadınlar da dərhal həkimlərə müraciət etməlidirlər.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top