Ermənistan KİV: “Paşinyan ABŞ səfirliyinin binasında gizlənir”

DÜNYA 11 noy 2020, 17:21

Artıq ikinci gündür ki, Ermənistan baş nazirinin Qarabağdakı hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalaması ilə əlaqədar olaraq, Yerevanda genişmiqyaslı etiraz aksiyaları keçirilir.


Erməni KİV xəbər verir ki, etirazçılar hökumət, parlament binalarını və Baş nazir Nikol Paşinyanın iqamətgahını ələ keçiriblər.


Şayiələrə görə, hökumət başçısı Ermənistan Müdafiə Nazirliyinin sığınacağında gizlənir.


“Nazirlər Kabinetindəki mənbələrimizə görə, Paşinyan bu müddət ərzində ABŞ-ın Ermənistandakı səfirliyinin binasında olub. Ora onun üçün ən təhlükəsiz yerdir”, - deyə erməni mətbuatı qeyd edir.


Məlumdur ki, 1 mart 2008-ci il hadisələrindən sonra da Paşinyan ABŞ-ın Ermənistandakı səfirliyinin binasında gizlənmişdi.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top