Aslan İsmayılov: "Yüz illər ərzində ilk dəfə torpaqlarımızı geri qaytardıq" — VİDEO

SİYASƏT 10 noy 2020, 22:29

"Mən əminəm ki, 45 gün bundan əvvəl bugünkü uğurlarımızı heç kim yuxusunda belə təsəvvür edə bilmirdi. Bu 45 gün birinci növbədə Azərbaycan xalqında ruh yüksəkliyi yaratdı, xalqımız birdaha özünə inandı və özünə güvən yarandı. Biz məğlub xalqdan qalib xalqa çevrildik. Bu 45 günü biz anladıq ki, biz birliyimiz nə deməkdir?! Biz bir olanda nə qədər güc oluruq. Bu 45 gün bütün dünya dövlətlərinə Azərbaycan adlı dövləti tanıtdı. Dünyanın aparıcı, super dövlətləri Azərbaycan hərbisindən danışmağa başladılar. Amerika Birləşmiş Ştatları, Rusiya kimi dövlətlər Azərbaycanın apardığı müharibəni 21-ci əsr müharibəsi, yeni bir müharibə adlandırdılar. Öz ölkələrinə bu müharibəni öyrənməyi tövsiyə etdilər".

 

Demokrat.az-ın xəbərinə görə, Qarabağda aparılan Böyük Vətən müharibəsinin yekun bəyanatına dair bu fikirləri özünün canlı müraciətində tanınmış vəkil Aslan İsmayılov deyib. 

 

"Yüz illər ərzində daim torpaqları verə-verə gəlmişik. İlk dəfə olaraq biz torpaqlarımızı geri qaytardıq. Ən əsası bu gün ərzində düşmən Ermənistan Azərbaycan dövlətinin gücünü gördü. Başa düşdü ki, birinci müharibə onların qələbəsi deyildi. Başqa dövlətlərin köməyi ilə torpaqlarımızı zəbt etdi və onlar bizimlə təkbətəkə onlar heç nəyə qadir deyillər. Bu 45 gündə Ordumuz ermənilərə öz yerini göstərdi. Bir çoxları bu müqavilə ilə bağlı fikir yürüdəndə, çox önəmli bir şeyi nəzərə almırlar. Biz Naxçıvanla quru əlaqəni qurduq. Naxçıvanla quru əlaqə, bizə yeganə müttəfiq, qardaş olan Türkiyə ilə əlaqə deməkdir. Bu müqavilə ilə bağlı biz 30 il əvvələ qayıtdıq deyənlər, nə baş verdiyini anlamaq üçün Bakı küçələrinə çıxsınlar. Azərbaycan xalqının əhval-ruhiyyısini görsünlər. Ondan sonra Ermənistanda baş verənlərə baxsınlar" - deyə A.İsmayılov qeyd edib.

 

 

 

 

Zaur

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top