Hikmət Hacıyev: “Qanunsuz məskunlaşma ilə bağlı müraciətlərimizə həmsədrlər laqeyd yanaşıb”

GÜNDƏM 07 noy 2020, 22:44

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında Ermənistanın Qarabağda gedən döyüşlərdə Suriya ermənilərinin muzdlu kimi hərbi əməliyyatlara cəlb edilməsindən yazıb.


“Qanunsuz məskunlaşma müharibə cinayətidir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binadan müsadirə olunan sənədlər Ermənistanın qanunsuz məskunlaşma siyasətini davam etdirdiyini və Suriya ermənilərindən muzdlu kimi istifadə etdiyini göstərir. 


Qanunsuz məskunlaşma ilə bağlı müraciətlərimiz həmsədrlər tərəfindən illərdir laqeydliklə qarşılanır”, - H.Hacıyev “Twitter”də qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top