“Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir” — RƏSMİ

SİYASƏT 29 okt 2020, 20:25

“Bu gün düşmənin 2 ədəd “T-72” tankı, 2 ədəd “BM-21” qrad yayılım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif artilleriya qurğusu, 6 ədəd avtomobil texnikası və bir neçə dayaq məntəqəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib”.

 

Demokrat.az xəbər verir ki, bunu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bugünkü brifinqdə bildirib. O qeyd edib ki, döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus 2 ədəd “SU-25” tipli təyarəsi hərbi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada məhv edilib:

 

“Düşmənin bir neçə istiqamətdə hücum cəhdi qətiyyətlə alınıb. Ermənistan ordusunda təşviş və xaos hökm sürür. Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir. Qələbə bizimlədir!”.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top