Sabah hava necə olacaq? — PROQNOZ

SOSİAL 29 okt 2020, 22:20

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-22, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Oktyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 30-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top