Deputat Bərdədə ermənilərin qətlə yetirdiyi mülki vətəndaşların ailələrinə başsağlığı verdi

SOSİAL 28 okt 2020, 18:35

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. İndiyə olan məlumata görə 21 nəfər vəfat edib 70 nəfər xəsarət alıb. 


1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarını ən kobud şəkildə pozan Ermənistanın vandal və barbarlığına dünya birliyi, beynəlxalq təşkilatlar, ATƏT - in Minsk qrupunun həmsədrləri hələ də susur! Çoxmu susacaqsınız? Nə qədər itki verməliyik ki, siz haqqın - ədalətin yanında olasınız?! Yetər artıq! Heç bir qüvvə, heç bir raket, heç bir hədə - qorxu Azərbaycan Xalqının, Azərbaycan Ali Baş Komandanının və Müzəffər Ordumuzun iradəsini sındıra bilməyəcək!


Vəfat edənlərin ailə üzvlərinə,  əzizlərinə dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan rəhmət, yaralı soydaşlarımıza şəfalar diləyirəm!


Fəzail Ağamalı, 
Millət Vəkili
Ana Vətən Partiyasının sədri

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top