"Taliban"ın 12 silahlısı məhv edildi

DÜNYA 22 okt 2020, 16:03

Əfqanıstanın Bəhərək qəzasının Hazara Qarlıq kəndinə ötən gecə endirilən hava zərbəsi nəticəsində 12 nəfər "Taliban" silahlısı məhv edilib.


“Report” “ToloNews”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, ölənlər arasında talibançıların “bir neçə komandiri” də var.


Həmçinin mülki sakinlər arasında itkilərə dair iddialara aydınlıq gətirmək üçün əraziyə araşdırma qrupunun göndərildiyi də bildirilir. Belə ki, bundan əvvəl mənbələr hava zərbəsi nəticəsində azı 12 nəfərin öldüyünü və 14 nəfərin yaralandığını, yerli mədrəsə binasının hədəf alındığını bildiriblər. Ölkənin birinci vitse-prezident Əmrullah Saleh sosial media hesabından sözügedən hadisədə uşaqların ölməsinə dair xəbərləri təkzib edib.


Xatırladaq ki, əvvəlki gecə Bəhərək qəzasında polislə "Taliban" dəstələri arasında baş verən toqquşmada rəsmi mənbələrə görə, 50-dək təhlükəsizlik əməkdaşı, o cümlədən əyalət polis rəisinin müavini Rəz Məhəmməd Durandiş ölüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top