Senat sədri: “Gəncə terroruna görə günahkarları cəzalandırmaq lazımdır”

SİYASƏT 20 okt 2020, 11:10

“Ermənistanın Gəncəyə vəhşicəsinə hücumları insanlığa qarşı dəhşətli cinayətdir”.


Demokrat.az xəbər verir ki, bunu Paraqvay Senatının sədri Oskar Ruben Salomon Fernandes oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə raket zərbələri endirməsini şərh edərkən deyib.


Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Avropaya səfəri qadağan olunmalı, hərəkətləri NATO rəhbərliyi tərəfindən sərt şəkildə pislənilməli, Avropa Şurasının prezidenti isə vəhşiliyə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün siyasi tədbirlər görməlidir.


“Paraqvay xalqı bu çox çətin dövrlərdə Azərbaycan xalqının yanındadır”, - Paraqvay Senatının sədri bildirib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top