Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.
Bu barədə Demokrat.az-a Təhsil Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib.
Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.