Fransa prezidenti Bakıya gəlir

HADİSƏ 05 okt 2018, 17:24

Fransa prezidenti Emanuel Makronun gələn həftə Azərbaycana səfəri nəzərdə tutulub.


Demokrat.Az xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana gözətçi katerlərin tədarükü barədə Fransanın “Naval Group” şirkəti ilə gözlənilən müqaviləyə dair danışıqlar aparılacaq. 


Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunacaq.   


Prezident Emanuel Makronun oktyabrın 11-12-də Yerevanda keçiriləcək Frankofoniya zirvə görüşündə iştirak etmək üçün Ermənistana gedəcəyi də gözlənilir. /eastnews.org/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top