Deputatlar sərbəst hərəkət edə biləcəklər

SOSİAL 04 apr 2020, 18:23

Azərbaycanda Nazirlər Kabineti tərəfindən elan edilən karantin rejimində hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb. 


Demokrat.az xəbər verir ki, həmin siyahıda Milli Məclisin deputatları və Aparatının əməkdaşları da var. 


Buna görə də, aprelin 5-dən etibarən həm deputatlar, həm də Milli Məclis Aparatının əməkdaşları xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında sərbəst hərəkət edə biləcəklər.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top