Bakıda adam oğurluğu edən qohumlar həbs edildi

KRİMİNAL 17 mart 2020, 14:04

Bakının Sabunçu rayonunda adam oğurluğu etməkdə təqsirli bilinən şəxslərin tutulması üçün əməliyyat keçirilib.


Demokrat.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirov həbs ediliblər.


İstintaq orqanı tərəfindən Elturan Daşdəmirovun barəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi, Tərlan Daşdəmirovun barəsində isə Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.


Hazırda bu şəxslərin barəsində istintaq hərəkətləri davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top