Bakıda beton daşıyan yük maşını qəza törətdi — Şəhərə giriş bağlandı (VİDEO)

HADİSƏ 13 mart 2020, 11:50

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Binəqədi rayonunda avtovağzal yaxınlığında qeydə alınıb.


Belə ki, dönmə əməliyyatını düzgün yerinə yetiməyən yük avtomobili divara çırpılıb. Nəticədə beton piltə daşıyan avtomobil yolu bağlayıb. Hadisə səbəbindən Bakı Dairəvi 1 yolundan gələn avtomobillər üçün şəhərə giriş bağlanıb.


Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. (Trend)

 


 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top