"Daha 17" serialında sürpriz sima — FOTO

MƏDƏNİYYƏT 05 avqust 2026, 17:18
"Kanal D" telekanalının sevilən serialı "Daha 17" güclü süjeti və diqqətçəkən aktyor heyəti ilə tamaşaçıların marağını qorumaqda davam edir. 

Demokrat.az
xəbər verir ki, layihəyə tanınmış aktyor Emir Sarıhan da qoşulub. O, serialda Doğukan obrazını canlandıracaq.

Reytinq cədvəllərində ön sıralarda qərarlaşan "Daha 17" serialı aktyor heyətini yeni bir sima ilə gücləndirib. Uğurlu aktyor oyunu ilə tanınan Emir Sarıhanın layihəyə qatılması serialın yeni bölümlərinə marağı daha da artırıb.

Emir Sarıhanın canlandıracağı Doğukan xaricdə universitet təhsili alan gənc obrazıdır. O, Leylanın uşaqlıq dostu olmaqla yanaşı, Akkaya ailəsinin yaxın çevrəsinə daxil olan personajlardan biridir. Keçmişlə bağlı əlaqələri ilə diqqət çəkən Doğukanın serialın süjetində mühüm hadisələrin başlanmasına səbəb olacağı bildirilir.



Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top