Qarğıdalıgüclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir.
Demokrat.az əsas faydalarını təqdim edir:
Gözləri qoruyur:Tərkibindəki antioksidantlar (xüsusilə zeaksantin) yaşla bağlı göz xəstəliklərinin riskini azaldır.
Sidikqovucu təsir:Yalnız dənələri deyil, xüsusi dəmlənən qarğıdalı saçaqları da təbii sidikqovucu olaraq böyrəklərə və sidik kisəsinə müsbət təsir göstərir
Həzmi asanlaşdırır:Tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlik kimi problemlərin qarşısını alır.
Enerji verir:Tərkibindəki davamlı nişasta sayəsində bədəni uzun müddət tox saxlayır və əla enerji mənbəyi hesab olunur.
Ürək sağlamlığını qoruyur:Kaliumla zəngin olduğu üçün qan təzyiqini (təzyiqi) tənzimləməyə kömək edir.
Kimlərə olmaz?
Mədə-bağırsaq problemləri:Xüsusilə xora və qastriti olanlarda lifli quruluşu səbəbindən həzm çətinləşə bilər.
Qıcıqlanmış bağırsaq sindromu:Bağırsaqlarında həssaslıq olanlarda köp və ağrıları artıra bilər.
Allergiyası olanlar:Qarğıdalı zülalına qarşı dözümsüzlük və ya allergik reaksiyaları olanlar.
Leyla Demokrat.az

