Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti seçilib.
Demokrat.az "qol.az"a istinadən xəbər verir ki, bu qərar qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə keçirilən ilk iclasında qəbul olunub.
Bundan başqa, vitse-prezidentlərin sayı 2-dən 3-ə artırılıb. Bu vəzifələrə əvvəlki vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, eləcə də AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov gətirilib.
Qeyd edək ki, E.Məmmədov 2007-ci ildən AFFA-nın baş katibi vəzifəsində çalışırdı.