“Benfika” – “Qarabağ” oyununu o idarə edəcək

İDMAN 14 sentyabr 2025, 16:09
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” görüşünün hakimləri bəlli olub.

Demokrat.az xəbər verir ki, bu haqda UEFA məlumat yayıb.

Bildirilir ki, matçı belçikalı FİFA Referisi Erik Lambrexts idarə edəcək.

Co De Veird və Kevin Monteni köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Natan Verbumen isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da saat 23:00-da baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 sentyabr 2025, 17:55
14 sentyabr 2025, 14:46
Top