Bakıda küləyin sürəti artıb, yağış yağır

SOSİAL 14 sentyabr 2025, 17:46
Sentyabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.  

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.  

Şahdağda isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 sentyabr 2025, 18:52
14 sentyabr 2025, 17:55
Top