Koronavirus ilə yoluxmuş şəxsin titrətmə anları Çin xəstəxanasında lentə alınıb.
Demokrat.az xəbər verir ki, görüntüləri “Daily Mirror” nəşri yayımlayıb.
Kadrlardan kişinin xəstəxana çarpayısında necə titrədiyi, yanında dayanan maska taxmış qadının onun başını tutduğu görünür.
Qeyd edilir ki, virusun yayılmağa başladığı Uxanda xəstəxanalar dolub və insanlar kömək gözləməyə məcburdurlar.
Son məlumatlara görə, koronavirus nəticəsində ölənlərin sayı 56-ya çatıb.(Yeni Avaz)