Dunay çayında gəmilər toqquşub, ölənlər var

DÜNYA 19 may 2024, 16:28
Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Ölkə polisinin məlumatına görə, faciəvi hadisə mayın 18-də gecə yarısına az qalmış baş verib.

Kiçik gəzinti gəmisinin italyan turistləri daşıdığı güman edilir.

Polisin məlumatına görə, qayığın göyərtəsində səkkiz nəfər olub, onların arasında uşaq olmayıb. Beş sərnişinin axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top