
Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Kərim Elmir oğlu Hüseynli və onun həmyaşıdı İsa Rövşən oğlu Mikayılov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır