Britaniyalı peşəkar boksçu Tyson Fury-nin 16 yaşlı qızı Venezuela Fury ərə getdikdən bir neçə gün sonra həyat yoldaşı Noah Price ilə yaşayacağı yeni karvan evini nümayiş etdirib.
Demokrat.az xəbər verir ki, cütlük mayın 16-da Men adasında qapalı mərasimlə ailə qurub. Toydan qısa müddət sonra Venezuela Fury sosial şəbəkədə yeni evindən görüntülər paylaşıb.
Paylaşılan videoda cütlüyün karvan tipli evində qonaq otağı, mətbəx, yataq otağı və hamam görünür. Evin interyerində açıq rəngli mebellər, qızılı detallı dekor elementləri və geniş saxlama bölmələri diqqət çəkib.
Venezuela paylaşımında “İlk evimiz. Noah ilə fəxr edirəm” sözlərini yazıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi gənc cütlüyə dəstək verib. Şərhlərdə onların gənc yaşda öz həyatlarını qurmağa çalışdıqları və xoşbəxt göründükləri qeyd olunub.
Yeni ev, Fury ailəsinin "At Home with the Furys" verilişində görünən dəbdəbəli malikanəsindən tamamilə fərqlənir.
Toy mərasimi Men adasındakı "Royal Chapel of St. John" kilsəsində keçirilib. Mərasimdə Tyson Fury və həyat yoldaşı Paris Fury də iştirak ediblər.
Məlumata görə, toy günü çəkilən görüntülərin gələcəkdə “At Home with the Furys” layihəsində yayımlanacağı gözlənilir.
Venezuela Fury ötən ilin sentyabrında, 16 yaşını qeyd etdiyi gün nişanlandığını açıqlamışdı. Onun valideynləri də qızlarının qərarını dəstəklədiklərini bildiriblər.
İsmayıl
Demokrat.az