Azərbaycan Neft və Sənaye Universitetində yanğın hadisəsi baş verməyib.
Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.
Onun sözlərinə görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil olub: "Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".
***
23:04
Bu gün axşam saatlarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yanğın olub.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Universitetləri" səhifəsi yayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
ADNSU isə xəbəri təkzib edib. Universitetdən bildirilib ki, bu gün ali məktəbdə heç bir yanğın olmayıb:
"Sadəcə qazanxanadan çıxan tüstü bəzi panikaya səbəb olub. Bunun də nəticəsi olaraq FHN-ə zəng edilib".