Sağlamlıq

Pivə ilə bağlı mif alt-üst oldu

Pivə ilə bağlı mif alt-üst oldu

Həkimlər pivənin zərərsiz olması ilə bağlı yayılan mifin sağlamlıq üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edirlər. Bir çoxları pivəni yüngül içki hesab etsə də, tibbi araşdırmalar az dozaların belə orqanizmə mənfi təsir göstərdiyini sübut edir.

Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, tibb birliyi alkoqolun təhlükəsiz dozasının olmadığı qənaətindədir.

Pivənin əsas təhlükəsi onun qəbul edilmə formasındadır. Bu içki adətən böyük həcmdə istehlak olunur ki, bu da qanda dövr edən mayenin miqdarını kəskin artırır. Nəticədə ürək və böyrəklər yüklənmiş rejimdə işləməyə məcbur olur. Daimi yüklənmə isə zamanla xroniki ürək-damar və böyrək xəstəliklərinin inkişafına yol açır.

Həkimlər vurğulayırlar ki, alkoqolun zərəri onun tündlüyündən deyil, qəbul tezliyindən asılıdır. Hətta "az, amma hər gün" prinsipi ilə içilən pivə asılılıq yaradır və daxili orqanların fəaliyyətini ləngidir. Eyni zamanda pivə qəbulu diqqət dağınıqlığına səbəb olaraq sürücülük qabiliyyətinə və ümumi iş qabiliyyətinə mənfi təsir göstərir.

Onlar bildirir ki,sağlamlığı qorumağın yeganə yolu bu tip sosial vərdişlərdən tamamilə imtina etməkdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova