Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində mağazada yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onsəkkizmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 38kv.m. olan mağazanın yanar konstruksiyaları yanıb. Digər obyektlər və mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bakı şəhəri, Nizami rayonunda yanğın hadisəsi baş verib.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın Elşən Süleymanov küçəsi, 137a ünvanında fəaliyyət göstərən gül satışı mağzasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada partlayışla müşahidə edilən yanğın hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Demokrat.az
View this post on Instagram

