"Sirab Satış və Dağıtım" MMC olaraq vergi öhdəliklərimiz daimi icra olunur. Yaranmış vergi borcu tərəfimizdən tam şəkildə ödənilmiş, vergi borcumuz mövcud deyildir.
Bu barədəPravda.az-a şirkətdən bildirilib.
Qeyd olunub ki, vergi təqviminə uyğun olaraq cəmiyyətimiz tərəfindən mütəmadi vergi ödənişləri həyata keçirilir.
***
2025-11-20
“Sirab Satış və Dağıtım” MMC-nin vergi borcunun məbləği açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, şirkətin 27 254 AZN borcu olduğu məlum olub.
MMC-nin qanuni təmsilçisi Mehmet Alper Yaycılıdır.

